"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın beynəlxalq aləmdəki geosiyasi mövqeyinin nə qədər möhkəmləndiyini bir daha göstərdi"SİA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bugünkü iclasında çıxış edərkən deyib.O qeyd edib ki, bu layihə Azərbaycanın Avropaya və "İpək yolu"na çıxışını təmin edən əsas vasitələrdən biridir: "BTQ-nin açılışı möhtəşəm və tarixi hadisədir. Bu, XXI əsrin qələbəsidir".Qeyd edək ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
sia.az