PDF Oxu

Siyasət

  • 5 132

Mübariz Əhmədoğlu: "Rəsmi Bakı Dağlıq Qarabağa rəhbər təyin etməlidir"

Mübariz Əhmədoğlu: "Rəsmi Bakı Dağlıq Qarabağa rəhbər təyin etməlidir"

"Dağlıq Qarabağ separatçıları birmənalı şəkildə Kataloniya və İraq Kürdüstanındakı referendumları dəstəkləməyə yönəlib. İraq Kürdüstanı referendumun nəticələrini ləğv etməyə hazırlaşır. İspaniyada baş nazir M.Raxoy Kataloniya hökumətini buraxdı, müavinini Kataloniyaya rəhbər təyin etdi. Yeni parlament seçkiləri keçiriləcək. Kataloniyada yüz minlərlə insanın iştirakı ilə müstəqillik əleyhinə referendum keçirildi. Aİ və ABŞ Ispaniyanin atdığı bütün addımları dəstəklədilər". Bunu SİA-ya açıqlamasında SİTM-in sədri Mübariz Əhmədoğlu deyib.

SİTM-in sədri bildirib ki, separatçıların Kataloniyadakı müstəqillik referendumuna hədsiz marağını diqqətdən kənarda saxlamaq olmaz: "Ona görə İspaniya mərkəzi hökümətinin Kataloniyaya qarşı atdığı addımları Dağlıq Qarabağ ermənilərinə ekstrapolyasiya edək:ı. Dağlıq Qarabağ erməniləri katalonları özləri üçün nümunə hesab edirlərsə, Dağlıq Qarabağda müstəqilliyin əleyhinə olanların fikrilərinin yayılmasına şərait yaratsın.ıı. Katalonlar kimi öz iqtisadiyyatlarını Azərbaycan dövlətinin iqtisadiyyatına qarışdırsınlar.ııı. Rəsmi Bakının Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) bərpa edib, ora rəhbər təyin etməsi ehtimal BMT sənədlərinə və Azərbaycan Respublikası Konstitutsiyasına tam uyğundur. Dağlıq Qarabağ erməniləri buna etiraz etməməlidir. Etiraz edəcəyi halda Azərbaycan dövləti ölkə Prezidentinin DQMV-nə təyin etdiyi rəhbərliyi qısa müddət ərzində Xankəndidə məskunlaşdıra və funksiyalaşmasına şərait yarada bilər.İspaniya güc strukturlarının Kataloniyadakı davranışı nümunədir. İspaniya presedent yaratdı. Aİ və ABŞ Azərbaycanın bu addımına müqavimət göstərməyəcək. Rusiya isə ümumiyyətlə qarışmayacaq".

sia.az

Digər xəbərlər