PDF Oxu

Siyasət

  • 4 710

"Görüş yüksək səviyyəli əməkdaşlığın perspektivlərinə müsbət təsir edəcək" AÇIQLAMA

"Görüş yüksək səviyyəli əməkdaşlığın perspektivlərinə müsbət təsir edəcək" AÇIQLAMA

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana işgüzar səfəri, İran və Rusiya prezidentləri ilə görüşləri çox böyük və tarixi əhəmiyyət daşıyan hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.Onun sözlərinə görə, Tehranda keçirilən görüşlərdə, xüsusilə, ikinci Zirvə görüşündə bir sıra geosiyasi və iqtisadi məsələlər müzakirə olundu və razılıqlar əldə edildi: “Bu isə 3 ölkənin, həm də bütövlükdə dünyanın xeyrinə olan inkişafa, qarşılıqlı anlaşmaya, sülhə və təhlükəsizliyə xidmət edən məqamlardır. Cənab Prezidentin də bəyan etdiyi kimi, üçtərəfli sammit – Zirvə görüşü yüksək səviyyəli əməkdaşlığın perspektivlərinə müsbət təsir edəcək. Tehranda baş tutan görüş, hər üç ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu görüşlərdə önəmli məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparıldı. Azərbaycanın gələcəkdə hər iki ölkə ilə logistik nəqliyyat dəhlizlərinin olması, dəniz vasitəsilə əlaqələrinin mövcudluğu iqtisadi baxımdan əhəmiyyətlidir. Görüşlərdə bu kimi mühüm məsələlər ətrafında danışıqlar aparıldı. Digər tərəfdən, Azərbaycan dünya bazarına karbohidrogen ehtiyatlarını çıxaran ölkələrdəndir. Bu baxımdan da, əməkdaşlığın müsbət nəticələri özünü göstərəcək. “Şimal-Cənub” nəqliyyat dəhlizinin gələcəkdə hər üç ölkənin iqtisadiyyatında mühüm rol oynayacağı və bu dəhliz vasitəsilə yükdaşımaların həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Bu da onu göstərir ki, hər üç ölkə prezidentinin görüşü bu yöndə həm böyük təminat olacaq, həm də iqtisadi baxımdan çox sərfəli olacaq. Azərbaycan hər iki ölkə arasında quru sərhədinə malik olan bölgədə yerləşir. Burada ölkəmizin üstünlüyünün olması çox əhəmiyyətlidir. Çünki Azərbaycan gələcəkdə bir çox layihələrdə bu baxımdan önəmli rol oynayacaq”.

sia.az

Digər xəbərlər