PDF Oxu

Siyasət

  • 4 592

Musa Qasımlı: “Tehran bəyannaməsinin böyük diplomatik-siyasi əhəmiyyəti var” AÇIQLAMA

Musa Qasımlı: “Tehran bəyannaməsinin böyük diplomatik-siyasi əhəmiyyəti var” AÇIQLAMA

"Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşünün, müzakirə edilən məsələlərin və imzalanan yekun bəyannaməsinin Azərbaycan üçün böyük diplomatik-siyasi əhəmiyyəti var”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, hər şeydən əvvəl, prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin üçtərəfli formatda görüşməsi və müxtəlif sahələrdə əməkdaşlıq, regionda təhlükəsizlik, terrorizmə, ekstremizmə qarşı mübarizə məsələlərini müzakirə etmələri faktının özü faydalıdır: “Bu, onu göstərir ki, üç dövlət başçısının istənilən məsələni birgə müzakirə etmək iradəsi, qarşılıqlı anlaşma və səmimiyyət var. İkincisi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə dair məsələnin Tehran bəyannaməsinə daxil edilməsi böyük əhəmiyyət daşıyır. Bununla dövlət başçıları bir daha təsdiq etdilər ki, regionda həll edilməmiş münaqişələr sülh, təhlükəsizlik və əməkdaşlığa təhdiddir.Münaqişəni törədənin, təcavüz edənin və işğalı həyata keçirənin isə hansı ölkə olduğunu hamı bilir. Dağlıq Qarabağ münaqişəsinin bəyannamədə əks etdirilməsi üç dövlətin mövqeyini əks etdirir. Həm də nəzərdən qaçırmayaq ki, Azərbaycan dövlətinin dünya birliyi tərəfindən qəbul edilmiş ərazi-sərhədləri ilə BMT-yə üzv qəbul edilməsinə Rusiya və İran da səs verib və bu ölkələr həmin mövqeyi dəfələrlə təkrar ediblər. Bu isə Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyır. Hansı xarakter (iqtisadi, hərbi, mədəni, humanitar və s.) daşımasından asılı olmayaraq əməkdaşlığın və gerçəkləşdirilən bütün layihələrin siyasi əhəmiyyəti var və nəticələrin özünü yaxın zamanlarda göstərəcəyi şəksizdir. Onların hamısı dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirir və imkanlarını daha da artırır”.

yap.org.az

Digər xəbərlər