Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında “YAP və müasir Azərbaycan gəncliyi: nailiyyətlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev, rayon və şəhər təşkilatının aktiv gəncləri, tələbələr və KİV iştirak edib.Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev çıxış edərək gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb. Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyini deyən, Ş.Hacıyev gənclərə təşəbbüskar olmağı tövsiyə edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkə gəncliyinin inkişafını daim diqqət mərkəzində saxladığını bildirib.Millət vəkili diqqətə çatdırıb ki, ötən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülüb.YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov bildirib ki, Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının nəticəsi kimi bir çox gənclərimiz dövlət hesabına xaricdə təhsil alır: "Onların aldığı bilik və əldə etdikləri təcrübə Azərbaycanımızın gələcək inkişafına yönəldiləcək, bu da ölkəmizi daha da gücləndirəcək. Ölkədə gənclərlə bağlı qəbul olunan qərar və sərəncamlar gənclərin cəmiyyətdə öz yerlərini tutmağa köməklik göstərir. Hər il minlərlə yeni-yeni iş yerləri yaradılır, gənclərin yeni peşə və ixtisaslara yiyələnməsi üçün tədbirlər görülür. İdman, elm və mədəniyyət sahələrinə dövlət qayğısı artırılır".Sonda digər çıxış edənlər gənclərə biliklərini artırmağa, ölkəmiz üçün layiqli vətəndaş olmağı tövsiyə edib və dövlətin hər zaman gənclərə dəstək olacağını bildirib.
sia.az