Avropa Komissiyası “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələri yenidən Avropa İttifaqının (Aİ) ümumi maraq layihələri (PCI) siyahısına daxil edib.
Həmin layihələr Azərbaycan təbii qazını Gürcüstan-Türkiyə sərhədinə qədər daşıyacaq Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), qardaş ölkədən keçərək Yunanıstanadək uzanacaq Trans-Anadolu (TANAP) və Yunanıstan, Albaniya, Adriatik dənizindən keçməklə İtaliya sahillərinə çıxacaq “Trans-Adriatik” (TAP) boru kəməridir.
Avropa İttifaqının PCI əsas enerji infrastrukturu layihələri siyahısına ümumilikdə 173 layihə daxil edilib. Onlardan 110-u elektrik enerjisi və ağıllı şəbəkə, 53-ü təbii qaz, 6-sı neft, 4-ü “CO2” emissiyası az olan şəbəkə layihələridir.
yap.org.az