PDF Oxu

Siyasət

  • 3 487

Azər Həsrət: “Ermənistan sabotaj etməklə məşğul olacaq” AÇIQLAMA

Azər Həsrət: “Ermənistan sabotaj etməklə məşğul olacaq” AÇIQLAMA

“Ümumiyyətlə Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri əlamətdar oldu. Çünki dövlət başçısının Şərq Tərəfdaşlığı Sammitində iştirakı, eyni zamanda Prezidentimizə olan diqqət baxımından əlbəttə, Azərbaycan üçün faydalı görüşlər, söhbətlər və danışıqlar aparıldı”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, digər tərəfdən də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanan bəyannamə Azərbaycanın böyük uğuru kimi qiymətləndirilə bilər: “Çünki Ermənistanın işirakı etdiyi, razılaşdığı müddəanın orada yer alması artıq bizim diplomatik uğurlarımızın zirvəsindən xəbər verir. Yəni konkret dövlətlərin ərazi bütövlüyü ilə bağlı müddəanın orada əks olunması və təsbit edilməsi təbiidir ki, Ermənistanın narahatlığına səbəb ola biləcək bir addımdır. Amma görünür Ermənistan elə bil gerçəklik qarşısında qalıb ki, o maddəyə qarşı çıxa biləcək gücdə olmayıb. Əlbəttə ki, indiki mərhələdə bu yaxşı addımdır. Ermənistan da yəqin ki, boş oturmayacaq bu və ya digər şəkildə sabotaj etməklə məşğul olacaq. Hər nə etsə də düşünürəm ki, maddənin orada yer alması ümumiyyətlə, dövlətlərin ərazi bütövlüyünün bir daha ayrıca vurğulanması artıq işğalçı ölkənin məğlub durumda olmasının göstəricisidir. Yəni Ermənistanın bundan sonra atacağı bütün addımlar daldan atılan daş sayağı topuğa dəyəcək və heç bir effekt verməyəcək”.

sia.az

Digər xəbərlər