Budapeştdə yerləşən “İnterkontinental” otelində Macarıstanda akkreditə olunmuş Səfirlərin xanımları Assosiasiyasının ölkənin birinci xanımı Anita Gertseqin hamiliyi ilə xeyriyyə yarmarkası keçirilib.SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi yarmarkada ölkəmizi layiqincə təmsil edib. Qonaqlara Azərbaycan mətbəxinin şirniyyatları, xalq tətbiqi sənəti nümunələri, milli yaylıqlar, bədii tikmələr, kitablar, kompakt-disklər, müxtəlif suvenirlər təqdim olunub.Qonaqları Azərbaycan milli geyimində uşaqlar qarşılayıblar. Bədii gimnastika üzrə Macarıstan Kubokunun sahibi 8 yaşlı Mina Abbasova öz məşhur nömrəsini təqdim edib.Tədbirdən əldə olunan vəsait xeyriyyə məqsədlərinə yönəldiləcək.
sia.az