PDF Oxu

Siyasət

  • 3 660

"Ermənistan bu dəfə də məğlubiyyətlə barışmalı oldu"

"Ermənistan bu dəfə də məğlubiyyətlə barışmalı oldu"

“Moskvadan icazə alıb Avropa Birliyiylə "hərtərəfli və geniş əməkdaşlıq anlaşması" bağlayan Ermənistana Brüsseldə bildirdilər ki, Dağlıq Qarabağ Azərbaycanındır və bu ölkənin suverenliyini və torpaq bütünlüyünü tanımaqdan başqa yol yoxdur". Bu sözləri SİA-ya açıqlamasında milllət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, bu öz növbəsində o deməkdir ki, erməni lobbisinin Avropa Parlamentində satın aldıqlarına və islamofoblara dayanaraq sammit öncəsi çıxartdığı qətnamənin bir qara qəpik belə effekti olmadı: "Xatırladım ki, həmən qətnamədə Dağlıq Qarabağ məsələsinin digər etnik problemlərdən ayrılması və onun Minsk qrupu həmsədrlərinin irəli sürdüyü prinsiplər üzrə həll edilməli olduğunun vurğulanması məsləhət görülürdü. Ancaq sammitə qatılan dövlətlər adından yayılan birgə bəyannamədə bildirilir ki, "Avropa Birliyi bütün tərəfdaşlarının torpaq bütünlüyü, müstəqillik və suverenliklərini tanımaqda davam edir".Yəni Ukrayna, Gürcüstan və Moldovanın torpaq bütünlüyünə yanaşma necədirsə, Azərbaycana da eyni formadadır".

sia.az

Digər xəbərlər