PDF Oxu

Siyasət

  • 5 434

Ekspert: “Zuyevin aqremanı qəbul olunmayıb” AÇIQLAMA

Ekspert: “Zuyevin aqremanı qəbul olunmayıb” AÇIQLAMA

“Rusiya Prezidenti Vladimir Putinin bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinin vəzifəsindən azad edilməsi haqqında sənədi imzaladığını eşitdik. Dərhal da bizim bəzi mətbu orqanlar Rusiyanın Azərbaycandakı yeni səfiri ilə bağlı öz fikirlərini tirajlamağa başladılar. Hətta, ölkədə kifayət qədər məlumatlı sayt və jurnalistlərdən bəziləri yeni səfirin namizədliyinin artıq Rusiya Dumasının MDB Məsələləri üzrə Komitəsində təsdiq edildiyini də yazıblar. Bəli, yazmağına yazıblar və bir vacib məsələni nədənsə unudublar ki, hələ Rusiya tərəfinin bizə göndərmək istədiyi səfirin namizədliyini təsdiq edib-etməyəcəyi haqqında məlumatla maraqlanmayıblar”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.Onun sözlərinə görə, ötən həftələrdə Bakıya "Putinin salamını gətirən" Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli rəhbəri Sergey Lavrov, bildiyim qədər adı çəkilən Zuyevlə bağlı Azərbaycan tərəfə çox yalvar-yaxa edibmiş. Bu son dərəcə maraqlı və ilginc məlumatı mənə Rusiya XİN-dəki etibarlı mənbələrə yaxın dostlarım çatdırıblar. Hesab edirəm ki, Azərbaycan siyasi rəhbərliyi çox düzgün olaraq Rusiya tərəfinin bizə səfir kimi göndərmək istədiyi şəxsin namizədliyinə razılıq verməyib. Diplomatik dillə desək, Zuyevin aqremanı qəbul olunmayıb.Ortada çox ciddi və düşündürücü məlumatlar olduğu səbəbindən, Lavrovun mənsub olduğu milliyətin nümayəndəsi kimi Zuyevin Azərbaycana məhz səfir kimi təyinatı məsələsi böyük əminliklə təxirə salınıb. Xatırladım ki, adı çəkilən şəxs hazırda Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktorunun müavini vəzifəsini tutur və Sergey Lavrovun ən qatı tərəfdarlarından biri kimi tanınır və ermənipərəstdir.İnanmaq istərdim ki, adı çəkilən şəxsin bundan sonra Azərbaycana səfir kimi gəlib çalışmasına ölkəmizin səlahiyyətli şəxsləri heç bir halda imkan verməyəcəklər. Üzdə bizə özünü "mələk kimi" göstərməyə cəhd edən Rusiyanın Azərbaycana qarşı daha bir xoş olmayan niyyətinin qarşısı, mənə elə gəlir ki, çox böyük ustalıqla hələlik alınıb. Yəqin ki, yaxın günlərdə biz Rusiya tərəfinin Azərbaycana təyin etmək istədiyi yeni namizədinin adını eşidəcəyik. Tanrı Azərbaycanımızı məkrli qüvvələrdən qorusun!”.

sia.az

Digər xəbərlər