PDF Oxu

Siyasət

  • 5 077

"Dağlıq Qarabağ tənzimlənməsi Putin planı üzrə mərhələli variantda reallaşdırılır"

"Dağlıq Qarabağ tənzimlənməsi Putin planı üzrə mərhələli variantda reallaşdırılır"

"Rəsmi Yerevan özünə xas metodla Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona gətirdiyi Putin planını açıqladı: Dağlıq Qarabağ tənzimlənməsi mərhələli variantda reallaşdırılır. Dağlıq Qarabağ tənzimlənməsinə dair Putin planında məsələlər iki böyük qrupda cəmləşdirilmişdir". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.Politoloq bildirib ki, bu qrup özü 3 tərkib hissədən ibarətdir: "Birincisi, ətraf rayonlardan 5-i və Laçın rayonunun bir qisim kəndləri ilkin olaraq Azərbaycana qaytarılır. İkincisi, Dağlıq Qarabağ ermənilərinə müvəqqəti status verilir. Status ATƏT-də qeydə alınır. Müvəqqəti statusda məqsəd Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtmasına şərait yaratmaqdır. Üçüncüsü, Ermənistan cəmiyyətini sakitləşdirmək üçün tədbirlər reallaşdırılır. Bunu rəsmi Yerevan özü Putindən xahiş edib: a) Lazım gələcəyi təqdirdə KTMT Ermənistanın daxilinə qoşun yeridə bilər. b) Aİ ilə Ermənistan arasında “Çərçivə sazişi”nin imzalanmasına RF-in maneçilik etməməsi də Ermənistan cəmiyyətinin sakitləşdirici tədbirlər siyahısındadır. c) Ermənistan ABŞ-la da bir neçə birgə layihə reallaşdıra bilər.

İkinci qrupa aid məsələlər də 3 addıma bölünür:
ı. Laçının qalan hissəsinin və Kəlbəcərin Azərbaycana qaytarılması və Laçın dəhlizinin texniki parametrləri razılaşdırılır.
ıı. Dağlıq Qarabağın statusunun müəyyən olunması istiqamətində Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri arasında məqsədyönlü layihələr reallaşdırılır.
ııı. Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri arasında aparılan sosioloji tədqiqatlar nəticəsində Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinin vaxtı təyin edilir".
M.Əhmədoğlu qeyd edib ki, Aİ sülhməramlı missiyanı reallaşdıracaq dövlətlərin tərkibini müəyyənləşdirib və artıq bəzi Balkan ölkələrində sülhməramlılar hazırlaşdırılır: "Deməli, Dağlıq Qarabağ tənzimlənməsində beynəlxalq güclərin siyasi iradəsi ortalıqdadır.
Ermənistanın Rusiyadan istədiyi yeganə zəmanət ərazilər Azərbaycana qaytarıldıqdan sonra Dağlıq Qarabağın statusunun referendumla müəyyən
edilməsinə Azərbaycanın maneəsini neytrallaşdırmaqdır. RF Ermənistana belə zəmanət verməyib. V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində məqsədyönlü və faydalı aktivləşməsi iki sehrli cümlədə özünü ehtiva edir:
ı. Putinin Azərbaycana göndərdiyi S.Lavrov: Putin Azərbaycan Prezidentinə verdiyi bütün vədləri yerinə yetirəcək.
ıı. Türkiyə prezidenti R.T.Ərdoğan RF prezidenti V.Putini Dağlıq Qarabağ münaqişəsini həll etmək gücündə olan yeganə lider adlandırdı. Başqa sözlə, Türkiyə rəhbərliyi Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın xeyrinə olan mövqeyini öz adına çıxmamaq barədə öhdəlik götürdü.
Ermənistan yenilənmiş Sankt-Peterburq variantı üzrə Dağlıq Qarabağ tənzimlənməsini qəbul etmək istəmirdi, Kazan variantı üzrə tənzimlənməyə razılığını bildirmişdi. Görünür, V.Putin öz mövqeyini qəbul etdirməkdə israrlıdır. Çünki S.Sərkisyan dəfələrlə Putinin təkliflərini rədd edib. Putin bunların hamısının əvəzini çıxacaqdır. Ermənistanın Gürcüstana təzyiq variantını gündəliyə gətirməsi də V.Putinin mövqeyini dəyişməyəcəkdir".

sia.az

Digər xəbərlər