PDF Oxu

Siyasət

  • 5 915

Əli Əhmədov iş adamlarına çağırış etdi

Əli Əhmədov iş adamlarına çağırış etdi

“Azərbaycan hökuməti iş adamları üçün əlverişli şərait yaradıb”. SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi brifinqdə deyib.Baş nazirinin müavinin sözlərinə görə, iş adamları öz fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalıdır: “İş adamlarına çağırış edirik, onları dəvət edirik ki, qeryi-rəsmi məşğulluq ənənələrindən imtina etsinlər, “qara mühasibatlığa” yol verməsinlər, öz işlərini qanunvericiliyə uyğun şəkildə qursunlar. İşləyən əhaliyə də çağırış edirik ki, əmək münasibətlərini rəsmiləşdirsinlər. Gələcəkdə pensiya hüquqlarının itirilməməsi üçün əmək müqaviləsi bağlasınalr, əmək müqaviləsi olmadan işləməyə razı olmasınlar”.Ə.Əhmədov vurğulayıb ki, qeyri-rəsmi məşğulluğun faizi kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, statistikaya əsasən, Azərbaycanda 1,5 milyon rəsmi məşğul əhali var, ümumilikdə isə 4,7 milyon məşğul insan var.Ə.Əhmədov bildirib ki, kənd təsərrüfatı ilə məşğul olan insanlar ayda 4 manat məbləğində sosial sığorta haqqı ödəyirlər: "Təbii ki, 4 manat məbləğlə gələcəkdə pensiya almaq mümkün olmayacaq. Bu baxımdan, biz bu məbləği artırmaq məcburiyyətindəyik, ancaq bu məsələyə həssaslıqla yanaşılır”.

yap.org.az

Digər xəbərlər