PDF Oxu

Siyasət

  • 5 804

Regionların inkişafı davamlı sosial-iqtisadi tərəqqinin təntənəsidir

Regionların inkişafı davamlı sosial-iqtisadi tərəqqinin təntənəsidir

İlham Əliyev: “Ölkəmizin inkişafı, eyni zamanda bölgələrin inkişafından keçir”
Güclü iqtisadiyyat güclü, rəqabətədavamlı və keyfiyyətli istehsaldan başlayır. Bu baxımdan, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində respublikamız dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Son 14 ildə dövlət başçısının uğurla həyata keçirdiyi siyasət Azərbaycanı regionda ən sürətlə inkişaf edən və məqsədlərinə doğru inamla irəliləyən dövləti kimi tanıdıb.
Xüsusilə, son illər artan iqtisadiyyat, gündən-günə abadlaşan, müasirləşən paytaxt və bölgələrimiz, yeniləşən infrastruktur Azərbaycanın reallıqlarıdır. Dövlət başçısı İlham Əliyevin regionlara müntəzəm səfərləri şəhər və kəndlərimizin ildən-ilə abadlaşmasına, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə və insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
“Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin.” Dövlət başçısı İlham Əliyevin vaxtilə söylədiyi proqram xarakterli bu tezis bugünün reallıqlarında öz əksini tapıb.
Azərbaycan Prezidenti İlham Əliyev bölgələrə səfərləri zamanı çıxışlarında bildirir ki, bu gün Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən müstəqil, azad, öz resurslarına güvənən ölkədir. İqtisadi potensialın gücləndirilməsinə yönəldilmiş addımlar, eyni zamanda, Azərbaycanın müstəqilliyini möhkəmləndirən amillərdir. Azərbaycanın hazırda istənilən böyük maliyyə resursları tələb edən layihələri öz gücü hesabına icra etmək imkanının olması da bugünkü uğurlara və inkişafa əsaslanır.
Son illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi vədi yerinə yetirən və Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan ölkə başçısı İlham Əliyevin müntəzəm olaraq regionlara səfərlər etməsi, insanlarla həmişə təmasda olması, sıravi adamlarla, ziyalılarla, gənclərlə görüşləri Ona öz işini səmərəli qurmaqda, nöqsanları aradan qaldırmaqda, qarşıya yeni vəzifələr qoyub həyata keçirməkdə imkanlar yaradır və hakimiyyətlə xalqın birliyini möhkəmləndirir.

Hər zaman vətəndaşların yanında olan Prezident

Bu faktı, xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Azərbaycanın şəhər və rayonlarına hər bir səfəri insanların qayğı və problemlərinə həssas münasibətin nümayişinə çevrilir. Bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Ötən illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən və beləliklə, Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlətimizin başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyini əsas götürmüşdür.

Prezident İlham Əliyevin regionlara son səfərləri zamanı vətəndaşlarla keçirilən görüşlərdə də onların problemlərini şəxsən dinləməsi deyilənlərin məntiqi nəticəsidir.
Son on dörd ildə əldə olunan uğurlara diqqət yetirsək, görərik ki, Azərbaycanda heç vaxt qısa zaman ərzində bu qədər iş görülməyib. Xüsusilə, infrastruktur layihələrinin reallaşdırılması, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər hər zaman dövlət başçısının diqqət mərkəzində olub və həmin siyasətin sayəsində ölkəmizdə son 6 ay ərzində iqtisadiyyatda 1,7 faiz artım qeydə alınıb, qeyri-neft sektorunda 4,4 faiz, kənd təsərrüfatı sahəsində 2 faiz artım mövcuddur. Ən mühüm məsələlərdən biri, heç şübhəsiz ki, ixrac potensialımızın genişləndirilməsi, idxaldan asılılığın azaldılması ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ölkəmizin ixracatında son 6 ay ərzində 36 faizlik artım qeydə alınıb və xüsusilə, qeyri-neft ixracatında 27 faiz artım var, idxaldan asılılıq isə 15 faiz azalıb.
Beləliklə, sadalanan rəqəmlər, bir daha onu göstərir ki, yürüdülən siyasət dövlət başçımızın düşünülmüş, məqsədyönlü siyasətdir və bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək.
Beləliklə, Prezident İlham Əliyevin regionlara hər bir səfəri gələcək uğurlarımızın başlanğıcıdır. 2017-ci il bu baxımdan - iqtidar xalq birliyinin möhkəmlənməsi, regionların sosial-iqtisadi inkşafı, xalqımızın həyat şəraitinin daha da yaxşılaşması, nailiyyətlərimizin artması baxımından əlamətdardır. Ölkə başçısı Cənab İlham Əliyevin düşünülmüş düzgün siyasəti, öz xalqına sonsuz qayğısı və məhəbbəti, eləcə də, Azərbaycan xalqının öz Prezidentinə etimadı və inamı, sözsüz ki, bundan sonrakı illərimizi daha mənalı və daha yaddaqalan edəcəkdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər