"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb. Birinci oxunuşda qanun layihəsi ilə bağlı edilən təkliflər nəzərə alınıb. Ümumiyyətlə, silahlı qüvvələr haqqında danışarkən xarici təcrübəyə əsaslanmaq, dünyada baş verənləri və ölkəmizin indiki vəziyyətini nəzərə almalıyıq. Biz elə bir qanun qəbul etməliyik ki, bu qanun hazırki standartlara cavab versin. Təbii ki, heç bir qanun Quran ayəsi deyil. Müəyyən vaxtdan sonra ona dəyişiklik etmək mümkündür”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.Deputatların parlament və ya qeyri-hökumət təşkilatlarının nəzarət etməsi ilə bağlı fikirlərinə cavab verən deputat söyləyib ki, orduya, silahlı qüvvələr nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir: “Hər hansı bir nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir. Belə olan halda, orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən edilməsi təklifini irəli sürmək düzgün deyil”.S.Novruzov qeyd edib ki, bəzən hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışır: “Lakin bu, nəzəriyyə deyil, praktikadır. Bəzən ABŞ-la özümüzü müqayisə edirik. Lakin orada sistem tamamilə fərqlidir. Ali Baş Komandanın tapşırığı budur ki, əsgər yemək bişirməməli, döşəmə yumamalı, döyüşə hazır olmalı, taktikanı öyrənməlidir. Bunun üçün digər işlərə başqa şəxslər cəlb olunur”.“Hazırki əsr tamamilə fərqlidir. Silah növləri tamamilə dəyişilir. Orta məktəbi bitən şəxsi yeni silahların idarə edilməsinə cəlb etmək mümkün deyil. Bunun üçün mütəxəssislər orduya müqavilə əsasənda cəlb olunur. Lakin elə ölkələr var ki, orada əsgərlər də müqavilə əsasında xidmət edir. Belə olan halda, onlara nəzarət edilə bilər. Çünki ordu həmin şəxslər üçün iş yeridir, qulluq yeri deyil. Onların reabilitasiya və digər məsələr üçün QHT-lər lazımdır. Lakin həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil. Ümumiyyətlə, ordu cəmiyyətə qapalı olmalıdır ki, o öz işinin öhdəsindən gələ bilsin”- deyə, deputat qeyd edib.S.Novruzov müdafiə nazirinin mülki şəxsdən olması ilə bağlı səslənən fikirlərə də münasibətini bildirib. Onun sözlərinə görə, müharibə şəraitində olan bir ölkənin müdafiə naziri peşəkar hərbiçi olmalıdır: “Bir dəfə riyaziyatçını müdafiə naziri qoydular, gördük nə baş verdi və ölkənin başına nə oyun açdı. Bu baxımdan düşünürəm ki, ordunun başında peşəkar hərbi xidmət şəxs dayanmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Bəzi ölkələrdə müdafiə nazirinin mülki şəxs olması biz də də belə fikirlərin yaranmasına səbəb olub. Lakin müharibə şəraitində olan ölkənin qanununda belə müddəlara yol vermək mümkün deyil. Ordu sirləri qapalı olmalıdır. Mətbuat ordunun özünün yaydığı məlumatda kənar məlumatları yaymamalıdır”.
sia.az