Gürcüstanın paytaxtı Tbilisi şəhərində GUAM Parlament Assambleyasının (PA) 10-cu illik sessiyası keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycanı Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və deputat Əli Məsimli təmsil edir.Toplantıda regional təhlükəsizlik məsələləri, dayanıqlı gələcək, bərpa olunan enerji mənbələrinin inkişafı, transsərhəd cinayətləri ilə mübarizə mövzularında fikir mübadiləsi aparılacaq. Deputatlarımız müzakirələrdə fəal iştirak edəcək, öz münasibətlərini bildirəcəklər.Tədbir çərçivəsində qurumun büro və komitə iclasları keçiriləcək, GUAM PA-nın 10-cu sessiyasının sonunda yekun sənəd qəbul olunacaq.
sia.az