PDF Oxu

Siyasət

  • 3 662

“Radikal müxalifətin seçkilərdə 50 000 imza toplamaq imkanları belə yoxdur” MÜNASİBƏT

“Radikal müxalifətin seçkilərdə 50 000 imza toplamaq imkanları belə yoxdur” MÜNASİBƏT

AXC-Müsavat hakimiyyətində daxili işlər naziri postunu tutmuş İsgəndər Həmidovun mətbuata verdiyi müsahibəsində Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində “İsa Qəmbərlə Əli Kərimlinin şansı daha çoxdur” deməsi konstruktiv müxalifət düşərgəsində birmənalı qarşılanmayıb.Bununla bağlı SİA-ya açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, 2018-ci il prezident seçkilərində adı çəkilən şəxslərin qalıb gəlmək şansı qətiyyən yoxdur: “Təbii ki, razılaşmıram. Nə İsa Qəmbərin, nə də Əli Kərimlinin prezident seçilmək şansı yoxdur! Faizlə ölüçülsə belə faiz göstəricisi 0% bərabər olacaq. Hər zaman reallığa söykənmişəm. Baxın onların cəmiyyətdə tutduğu mövqeyə, nüfuza. İsa Qəmbər sonuncu dəfə 2010-cu il parlament seçkilərində iştirak edib və müxbirə məğlub olub. Müxbirə məğlub olan adam prezident seçkilərinə hansı qələbəni qazana bilər?! Heç bir beynəlxalq təşkilat o zaman bəyanat vermədi ki, İsa Qəmbər qalib olub. Söhbət parlament seçkilərindən gedir. Daha sonra cəmiyyət Müsavat Partiyasında baş vermiş dərin böhranın şahidi oldu. Qurultaydan sonra xeyli sayda insanlar partiyanı tərk etdi. Səbəb də Arif Hacılının partiya başqanı seçilməsi oldu. Hal-hazırda Müsavat partiyası böyük itkilərə məruz qalmış və çox zəyif bir partiyaya çevrilib. Şəxsən mən inanmıram ki, prezident seçkilərində qeydə alınmaq üçün seçki məcəlləsində tələb olunan 50 000 imzanı toplaya bilsin. Bəli, İsa Qəmbər bu gün 50 000 imza toplmaq gücündə deyil, o ki qaldı qalib gəlmək...Əli Kərimliyə gəldikdə isə, bu adamın ən yaxın qohumlarının böyük əksəriyyəti Avropanın ən inkişaf etmiş ölkələrində, Hollandiyada, Fransada, Almaniyada “siyasi mühacir” statusu ilə yaşayır. Övladları İngiltərədə yaşayır. Hər kəs gözləyir ki, bu yaxınlarda Əli Kərimlinin özü də xarici ölkələrinin birinə köçəcək. Sadəcə, xarici pasportu olmadığından gedə bilmir.Əli Kərimlinin 5-10 şablon cümləni əzbərləyib təkrar-təkrar danışması onun şansının yüksək olması mənasına gələ bilməz. Ətrafında bir nəfər göstərə bilməzsiniz ki, həmin adam Elçibəyin zamanında partiya rəhbərliyində olub. Elçibəy dünyasını dəyişəndən sonra partiyanın 19 nəfərlik rəyasət heyətinin bir nəfər üzvü belə partiyada qalmadı. Səbəb də Əli Kərimli şəxsi ambissiyaları. Sonda bir daha qeyd etmək istəyirəm ki, radikal müxalifətin 2018-ci il prezident seçkilərində 50 000 imza toplamaq imkanları yoxdur, nəinki qalib gəlmək”.

sia.az

Digər xəbərlər