PDF Oxu

Siyasət

  • 3 871

“The Financial Times” qərəzləri sayəsində imicini itirə bilər

“The Financial Times” qərəzləri sayəsində imicini itirə bilər

Əli Həsənov: “Bu qüvvələr bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycanın nüfuzunu ləkələməyə, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər”
Ölkəmizin ictimai rəyi zaman-zaman bəzi Qərb siyasi dairələrinin, eləcə də həmin dairələrin əllərində alətə çevrilmiş mediaların qərəzlərinin şahidi olmaqdadır. Söz yox ki, ilk növbədə bu kimi halların arxasında Azərbaycanın dayanıqlı və köklü əsaslara söykənən inkişafı faktorunun mövcudluğu dayanır və nəticədə bunu həzm edə bilməyənlər bənzər addımlara əl atırlar. Lakin bu addımların uğursuzluğu, yaxud da sifarişli olması da kimsəyə sirr deyil. Xüsusilə, Azərbaycanda olan demokratik dəyərlərin get-gedə güclənməsi, ölkəmizin bütün sferalarda liderlik mövqeyinə yüksəlməsi, xalq-dövlət vəhdətinin sarsılmazlığı və s. çoxsaylı cəhətlər istər-istəməz bəzi Qərb dairələrində qııcıq yaratmağa başlayıb. Çünki mövcud inkişaf və tərəqqisi ilə müstəqil Azərbaycanın iqtisadi, hərbi və s. sferaları əhatə edən gücü daha da artmağa başlayıb. Regional və beynəlxalq layihələrdə əsas təşəbbüskar qismində çıxış edən ölkəmizun bu uğurları həmin dairələri ciddi şəkildə narahat etməyə başlayıb. Məhz bu baxımdan, bir neçə gün öncə “The Financial Times” (FT) nəşrində “Avropa Şurası insan haqlarından imtina edir?” başlıqlı məqalə Azərbaycanla bağlı fikirlərin bilavasitə məqsədli qarayaxma olduğu qənaətinə gələ bilərik
.“FT və digər bu kimi tanınmış nəşrlərin bəlli dairələr tərəfindən süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasına qoşularaq Azərbaycanı hədəf götürməsi, ardıcıl olaraq əsassız ittihamlarla çıxış etməsi yalnız təəssüf doğura bilər
”Bu arada, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözügedən məsələ ilə bağlı irəli sürdüyü fikirləri bir sıra faktlara əsaslanmaqla, digər mühüm təhlilləri də ortaya çıxarmış olur.Onun sözlərinə görə, irəli sürülən iddialar subyektiv xarakter daşıyır, qərəzlidir və müəyyən xarici anti-Azərbaycan dairələrin çirkin maraqlarına xidmət edir. “FT və digər bu kimi tanınmış nəşrlərin bəlli dairələr tərəfindən süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasına qoşularaq Azərbaycanı hədəf götürməsi, ardıcıl olaraq əsassız ittihamlarla çıxış etməsi yalnız təəssüf doğura bilər”-deyə qeyd edən Əli Həsənova görə, Azərbaycan dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, bütün azadlıqların təmin olunduğu ölkə, stabillik, təhlükəsizlik, tolerantlıq məkanı kimi tanınır.Bəli, məhz bu danılmaz faktların ortada olması FT timsalında fəaliyyət göstərən bəzi Qərb medialarının müzakirə obyektinə çevrilir. Bu müzakirələrin qaynaq nöqtələrində erməni lobbisinin barmağının olması isə şübhəsizdir. Çünki müxtəlif dövrlərdə və bütün istiqamətlərdə qarayaxmaları, böhtanları vasitəsilə ölkəmizin öndə olan, reallaşdırılan siyasi, iqtisadi və s. maraqlarına qarşı çıxan hər bir məqalələrin əsasından məhz erməni lobbisinin, o cümlədən, bu lobbiyə işləyən siyasi cəhətdən korrupsiyalaşmış müxtəlif Qərb siyasilərinin adları çıxır.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir və cəmiyyət tərəfindən hərtərəfli dəstək qazanıb”
Başqa tərəfdən, ortada İlham Əliyev faktorunun da olması, Onun həyata keçirdiyi məqsədyönlü, qətiyyətli siyasəti, eləcə də liderlik xarizması bu gün hadisələri real qiymətləndirən xarici təşkilatlar tərəfindən qərəzsiz olaraq dəyərləndirilməkdədir. Misal üçün, bu xüsusda xatırlatma edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Hollandiyanın ACT LLC humanitar tərəfdaşlıq təşkilatının Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə keçirilən sorğusunun nəəticələrini nümunə gətirib. SİTAT: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir və cəmiyyət tərəfindən hərtərəfli dəstək qazanıb. Azərbaycanda həm yerli, həm də Avropa İttifaqı ölkələrinə aid şirkətlərin apardıqları araşdırma bu faktı bir daha təsdiqləyir. Təsadüfi deyil ki, Hollandiyanın ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə keçirilən sorğunun nəticəsinə əsasən, Azərbaycan vətəndaşlarının 81% hakimiyyətin həyata keçirdiyi siyasətə öz dəstəyini ifadə edib. Təbii ki, bu amil Ermənistan və erməni lobbisini, onların xaricdəki havadarlarını ciddi narahat edir. Bu qüvvələr bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycanın nüfuzunu ləkələməyə, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər. FT kimi nəşrlərin bu dairələrin əlində vasitəyə çevrilməsi ciddi nöqsan, transmilli medianın müstəqilliyinə xələl gətirən haldır”.
“Azərbaycana qarşı təşkil edilən bu tipli kampaniyaların səmərəsizliyi artıq sübuta yetirilmişdir və cəmiyyətimizdə istehza ilə qarşılanır”
Lakin məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, zaman-zaman göstərilən bu cəhdlər heç bir vəchlə özünü doğrultmamış qalacaq. Belə ki, istər ölkə ictimaiyyəti tərəfindən, istərsə də Azərbaycanda cərəyan edən hadisələrə doğru yanaşmalar etməyi bacaran müxtəlif Qərb qurumları tərəfindən ciddi qəbul olunmayan iddialar real qəbul etmirlər. Ona görə də cənab Əli Həsənov FT kimi qərəzli və qərəzli sifarişlərlə işləyən korrupsioner nəşrlərin apardıqları anti-Azərbaycan kampaniyaları özünü təsdiq etməyəcəyini vurğulayıb. “Azərbaycana qarşı təşkil edilən bu tipli kampaniyaların səmərəsizliyi artıq sübuta yetirilmişdir və cəmiyyətimizdə istehza ilə qarşılanır”-vurğulayan dövlət rəsmisi onu da bildirib ki, həmin qarayaxmaların təşkilatçıları və icraçıları bu reallığı nə qədər tez başa düşsələr, bir o qədər də öz nüfuz limitini qoruyub saxlamış olacaqlar. Yəni, FT kimi nəşrlər illərdir qazandıqları imiclərini bu kimi çirkin niyyətlər hesabına itirmək təhlükəsi yaşaya bilərlər.

sia.az

Digər xəbərlər