Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” adlı konfrans keçirilir. SİA-nın xəbərinə görə, konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Milli Məclisin üzvləri. mətbuat nümayəndələri və digərləri iştirak edirlər.Konfransda “Azərbaycan Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə görülən işlər və qarşıda duran perspektivlər”, “ Dayanıqlı İnkişaf Məqsədlərində sosial aspektlərin həyata keçirilməsində parlamentin rolu”, “Dayanıqlı İnkişafda sağlam yaşayışın təmin olunması hədəflərinə nail olunmasında parlamentin rolu” mövzusunda çıxışlar ediləcək.Konfransda müzakirə olunan məsələlərlə bağlı səslənən suallara cavab tapılacaq.
sia.az