Hər il mütəmadi olaraq Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə silsilə tədbir və görüşlər təşkil edir. SİA-nın verdiyi məlumata görə, bu ənənəyə uyğun olaraq Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının bir qrup fəal gənc üzvü Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin tələbələri ilə görüş keçirib.Tədbiri YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq kursantları salamlayıb və ölkədə aparılan ordu quruculuğundan danışıb. Qeyd edib ki, sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir: "Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Azərbaycan Prezidenti İlham Əliyevin öz vədinə sadiq olduğunu bir daha təsdiq edir. Bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran vəzifələri həll etməyə qadir olan ordudur və hbelə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Qarabağda dalğalandırmağa qadirdir".Rayon təşkilat sədri vurğulayıb ki, bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur.Daha sonra "Ali Baş Komandan" adlı video-çarx tədbir iştirakçılarına nümayiş etdirilib. Video-çarxın nümayişindən sonra hərbi-tibb fakültəsinin rəisi, polkovnik Çingiz Əlləzov çıxış edərək fakültədə yaradılan şəraitdən və ordumuzun hərbi potensialından bəhs edib.
sia.az