PDF Oxu

Siyasət

  • 2 714

"Yeni iş yerləri açılmalıdır"

"Yeni iş yerləri açılmalıdır"

“BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Azərbaycan Milli Məclisində xüsusi qrup yaradılsa, bu təsisatlanma istiqamətində daha bir addım ola bilər”. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.Onun sözlərinə görə, qrupun yaradılması eyni zamanda, parlamentin nəzdində yaradılacaq qurum qəbul ediləcək qanunların Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olması işinə öz töhfəsini verə bilər: “Parlamentdə yaradılan qurum Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və digər qurumlarla əməkdaşlıq edə bilər”.Ə.Əhmədov söyləyib ki, Azərbaycan 231 statistik göstərici üzrə BMT-yə hesabat təqdim edəcək: “Bizdə statistik göstəricilərin sayı 76-dan 130-a qədər artırılıb. Digər dövlətlərdə bu göstəricilər azdır. Statistik göstəricilərin sayının 231-ə çatdırılması ilə bağlı Dövlət Statistika Komitəsi işləyir”.Baş nazirin müavini çıxışı zamanı bildirib ki, Azərbaycanda əhalinin artım dinamikası yüksəlib: "2017-ci ildə 159 min uşaq dünyaya gəlib, ümumilikdə isə 120 min nəfər artım olub. 18 yaşını keçən xeyli gənc də var. Bunun üçün də ölkədə hər il 100 min iş yeri açılmalıdır. İş yerləri açılmazsa, problemlər olar, işsizlərin sayı arta bilər”.

sia.az

Digər xəbərlər