PDF Oxu

Siyasət

  • 3 547

Moskvada MDB sammiti keçiriləcək

Moskvada MDB sammiti keçiriləcək

Bu gün Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. SİA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooranbay Jeenbekov, Moldova prezidenti İqor Dadon,Tacikistan prezidenti Emoməli Rəhmon və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edəcəklər.Məlumata görə, Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov görüşdə iştirak etməyəcək.Bundan öncə, Kremlin mətbuat xidməti Putinlə Berdiməhəmmədov arasında telefon danışığının olduğunu və bu danışıqlarda aktual məsələlərin, eləcə də MDB çərçivəsində qarşılıqlı əlaqələrin müzakirə edildiyini açıqlamışdı.Görüşdə MDB-də Rusiyanın sədrliyinin yekunlarının müzakirə edilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılması planlaşdırılır.

sia.az

Digər xəbərlər