Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Mətbuat Şurası və Bakı şəhər "Məşədi Dadaş" dini icması tərəfindən "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıb və konfransın əhəmiyyətini yüksək qiymətləndirərək milli-mənəvi dəyərlərimiz haqqında geniş məlumat verib.Sonra Mətbuat şurasının sədri, millət vəkili Əflatun Amaşovun, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlının çıxışları, DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyevanın "Din və media" mövzusunda təqimatı dinlənilib.Ardınca kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında "İslam həmrəyliyi və media" mövzusunda elan edilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
sia.az