"Azərbaycan Respublikasının çoxtəfəli formatda əməkdaşlıq etdiyi platformalardan biri, təcavüzkar Ermənistan istisna olmaqla, Müstəqil Dövlətlər Birliyidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin MDB iştirakçısı olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakı heç şübhəsiz, əhəmiyyətlidir: “Bu ölkələrin dövlət baçılarının müzakirə edəcəyi və həlli vacib olan məsələlər çoxdur. Bir qayda olaraq ən mühüm məsələlər qeyri-rəsmi görüşlərdə müzakirə olunur və həllinə dair qərarlar isə rəsmi görüşlərdə qəbul edilir”
sia.az