"Tatulyan təkcə biznesmen deyil, həm də "oğrubaşı"dır”. SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Sahib Alıyev ABŞ-ın sanksiya tətbiq etdiyi erməni oliqarx Tatulyan haqqında fikirlərini bildirərkən deyib.Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları təkcə Rusiyanın bir sıra şirkətlərinə və yüksək vəzifəli məmurlarına deyil, Kremlə yaxın bəzi oliqarxlara da artıq sanksiya tətbiq etmək niyyətindədir ki, onların arasında Ruben Tatulyan da var: “Tatulyan təkcə biznesmen deyil, həm də "oğrubaşı"dır. Çexiyada oğru yığınağında ona bu adın verilməsini əks etdirən görüntülər də var.Maraqlıdır ki, bu adam oğrubaşı olmasına baxmayaraq cibində Ermənistanın diplomatik pasportunu gəzdirir və Emənistanın İnvestorlar Klubunun üzvü olaraq Azərbaycanın işğal altındakı torpaqlarında da “biznes" qurub.Bax, bu fakt həm Ermənistandakı hərbi-kiminal rejimin özünün , həm də onun Dağlıq Qarabağdakı tör-töküntülərinin mahiyyətini göstərir. Yaxşı olardı ki, Minsk qrupunun həmsədri kimi ABŞ bu faktı da nəzərdən qaçırmayaydı".
sia.az