Siyasət

  • 7 364

Azərbaycanlılar arasında birlik və həmrəyliyik

image

«Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən mənəvi ehtiyaca çevrilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır». Bu fikirləri YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deyib.
N.Əliyeva bildirib ki, Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti hər bir azərbaycanlıda özünəinamı gücləndirib. Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün dünya azərbaycanlıları tərəfindən hər il təntənə ilə qeyd olunur.
«Ümummilli lider Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsinə təkan verib”. Bu əlamətdar gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılıb. Soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün bu, mühüm amildir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir»-deyə, N.Əliyeva vurğulayıb.

yap.org.az

Digər xəbərlər