"Ermənistanda sosial-iqtisadi vəziyyət olduqca ağırdır". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “Tsarukyan" blokunun deputatı, Avropa İnteqrasiya Daimi Komitəsinin sədri Naira Zöhrabyan müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkədə ərzaq məhsullarının bahalaşması “olimpiya atışı” ilə davam edir: “Hökümətin həyata keçirdiyi siyasət tamamilə səmərəsizdir və bunun hansı ağır nəticələrə səbəb olacağını deməyə çətinlik çəkirəm. Ölkədə fəlakətli köç, yoxsulluq və işsizlik daha da sürətlə artacaq”.Deputatın fikrincə, bütün bunlar qısa zamanda həllini tapmalıdır: “Birmənalı olaraq, baş verənlər nəticəsində ölkədən köçənlərin sayının kəskin şəkildə artıracaq. Lakin insanlar etiraz üçün küçələrə çıxacağı haqqında heç bir təxminim yoxdur. Çünki, ölkədə son dövrlər və ümumiyyətlə son illər baş verənlər nəticəsində daxili narahatçılıq var və insanlar istənilən yolla ölkəni tərk etməyə çalışırlar”.Qeyd edək ki, 2018-ci il Ermənistanın dövlət büdcəsinə əsasən onun kəsiri 4 faiz olacaq. İnflyasiyanın fonunda, maaşları, pensiyaları və müavinətlərin artırılması nəzərdə tutulmur. Bundan əlavə, 2017-ci ildə Ermənistanın dövlət borcu 6,8 milyard dollar olub, 2018-ci ildə isə 7,2 milyard dollar təşkil edəcək.
sia.az