Bu gün İctimai Nəzarət Koalisiyası, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyi birgə 5 yanvar 1994-cü il “Horadiz hücum əməliyyatı Ulu Öndər Heydər Əliyevin hərbi-strateji müdrikliyinin zəfəridir” – uğurlarımızdır mövzusunda konfrans keçirib.SİA-nın verdiyi məlumata görə, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.Sonra Şəhidlər xiyabanına gələn iştirakçılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.Daha sonra tədbir Azərbaycan Nəşriyyat evində davam etdirilib. Əvvəlcə konfrans iştirakçıları Horadiz əməliyyatından kadrlara tamaşa ediblər.Polkovnik Zahid Teymurov mövzu ətrafında çıxış edib. Bildirib ki, Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olub. Diqqətə çatdırıb ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu açıq şəkildə göstərib.İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov bildirib ki, 5 yanvar 1994-cü il Ulu Öndər Heydər Əliyevin hərbi strateji müdrikliyi nəticəsində Horadiz əməliyyatı böyük müvəffəqiyyətlə keçirilərək düşmən işğalından azad olundu: “Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Horadiz əməliyyatı Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilərək, 2016-cı il Aprel döyüşləri nəticəsi olaraq Cocuq Mərcanlı döyüş iştirakçılarının əzimkarlığı nəticəsində böyük bir zəfərlə uğur qazanaraq azad olundu”.Tədbir digər çıxışçıların fikirləri ilə davam etdirilib.
sia.az