PDF Oxu

Siyasət

  • 2 190

Şəhidlərin xatirəsi Murmanskda anılacaq

Şəhidlərin xatirəsi Murmanskda anılacaq

Murmanskda azərbaycanlı tələbələr, "Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin fəalları tərəfindən 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində şəhidlərin xatirəsini anma mərasimləri, rəsm və fotolardan ibarət sərgilər təşkil olunacaq, faciə haqqında filmlər nümayiş etdiriləcək."Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin və RAGB-in yerli nümayəndəliyinin təşəbbüsü ilə yanvarın 20-də faciəyə həsr edilən elmi-praktik konfrans keçiriləcək. Tədbirdə bələdiyyə və hökumət orqanlarının əməkdaşları, Rusiyanın Murmansk Vilayəti İctimai Palatasının üzvləri, KİV və diaspor təşkilatlarının nümayəndələri iştirak edəcəklər."Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin Murmansk bölməsinin və RAGB-in yerli nümayəndəliyinin fəalları 1990-cı il yanvar hadisələrinin 28-ci ildönümü ilə bağlı dünya parlamentarilərinə Müraciət, habelə Rusiya Federasiyasının Murmansk Vilayəti Hökumətinin rəsmi saytında və bir sıra regional KİV-də dərc olunacaq press-reliz və məqalələr hazırlayıblar.

sia.az

Digər xəbərlər