Siyasət

  • 4 350

“Ermənistan cinayətkarlar tərəfindən idarə olunur” AÇIQLAMA

image

“Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Polşanın Krakov şəhərində keçirilən görüşü Azərbaycan və Ermənistan prezidentlərinin gələcək görüşünə bir növ zəmin yaradır.

Amma nə qədər ki, hərbi cani Serj Sarkisyan komandası hakimiyyətdədir, onlarla danışıqlar heç bir konstruktiv nəticə verməyəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, işğalçı ölkə beynəlxalq hüququn bütün norma və prinsiplərini ayaq altına ataraq hörmətsizlik edib: “Bunlar dövləti cinayətkar kriminal aləmin qanunları ilə idarə edirlər. Danışıqlarda onlardan hansısa nəticə, irəliləyiş əldə etmək çox çətindir. Ümid edirəm ki, qarşıdan gələn seçkilərdə erməni xalqı, cəmiyyəti ayağa qalxaraq bunları süpürüb atarlar. Beləcə bu komanda hakimiyyətdən tamamilə təmizlənib gedər. Onların yerinə düzgün fikirləşib nəticə çıxarmağı bacaran ermənilət gəlsələr o zaman hansısa nəticə gözləmək olar.Sarkisyan və onun komandası heç bir beynəlxalq qurumun, başda BMT olmaqla, qətnamələrini icra etmirlər. Ermənistan onlara havadarlıq edən ATƏT-in Minsk qrupunun üç dövlətinin himayədarlığı nəticəsində işğalı davam etdirir. Buna qarşı Azərbaycan nə etməlidir? Burada iki yol var, biri danışıqlar yolu, digəri isə hərbi güc tətbiq etməklə işğalçını torpaqlarımızdan çıxarmaq yoludur. Birinci yol artıq uzun illərdir davam edir və heç bir nəticə də vermir. Ona görə də bunun qarşısını almaq, bu terrorçuları, cinayətkarları yerində oturtmaq üçün bu gün Azərbaycanın bütün imkanları var və ölkəmiz bu imkanlarından, gücündən istifadə edərək hərbi əməliyyatlara başlamalıdır. Amma hər halda nikbin olaq və ümidlə gözləyək görək danışıqlarda nə olacaq”.

sia.az

Digər xəbərlər