Niyaməddin Orduxanlı : “Müqəddəs şəhidlərimizin anım günündə də Əli Kərimli şou göstərirdi. 5-6 dəqiqədən sonra hər kəsi növbə ilə Şəhidlər Xiyabanına buraxırdılar. Uzun illərdi ki, bu belə olur”
“28 ildir ki, 20 Yanvar qətliamı hüzn günü kimi Azərbaycan xalqı tərəfindən qeyd edilir. Həmin gün on minlərlə vətəndaşımız Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizi yad edir. Təbii ki, insanların təhlükəsizliyi baxımından hər il Şəhidlər Xiyabanına gelən insanları növbə ilə buraxırlar”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.“Hər kəs bunun şahididir ki, insanların çoxluğunu nəzərə alaraq polis əməkdaşları ardıcıl, növbə ilə hər kəsi ziyarətə buraxır. Ortalama götürəndə, gözləmə zamanı 5-7 dəqiqə çəkir. Bu il isə, Əli Kərimli və başında olan 5-10 nəfər şəxs ziyarəti şou meydanına çevirdilər. Bu bütün insanların gözü qarşısında baş vermiş hadisədir. İnandırım sizi ki, həmin dəqiqələrdə polislər kimin gözləməsinin belə fərqində deyildilər. Heç onlar bilmirdi ki, orada gözləyənlər arasında Əli Kərimli də var. Sadəcə, Əli Kərimli ucuz reklamla məşğul oldu. Biabırcılıq idi. Özü də yaxşı başa düşürdü ki, insanları eyni zamanda hərəkət etdirmək mümkün deyildi. O zaman sıxlıq yarana bilər və ora gələn körpə, yaşlı insanlar, xanımlar cidd zədə ala bilərdi.Göründüyü kimi, bu adam necə deyərlər, illiyinə qədər siyasiləşib. Hər bir vəziyyətdə özünün siyasi reklamı ilə məşğul olur. Bu da kənardan çox iyrənc görsənir. 20 Yanvar günü bunu etmək ayıb idi. Ora gələn insanlar da şahid oldu ki, 5-6 dəqiqədən sonra Əli Kərimli növbəsi çatanda Şəhidlər Xiyabanına tərəf buraxıldı. Əli Kərimlinin şou göstərdiyini müxalilifətçilər də sosial şəbəkədə yazdılar və onu şiddətlə qınadılar”-deyə, N.Orduxanlı fikirlərini tamamlayıb.
sia.az