"Avropa Şurası məkanında münaqişələrin sayı artıb. Biz bu münaqişələrin həllinə nail olmadığımız üçün vətəndaşların siyasətçilərə inamı itib". SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti, italiyalı deputat Mikele Nikoletti bu gün assambleyada çıxışda bildirib.O bildirib ki, avropalı siyasətçilər bu məsələdə daha diqqətli olmalıdır: "Biz təşkilatın reputasiyasını qaldırmaq üçün birlikdə çalışmalıyıq, milli maraqları yox, ümumi maraqlara xidmət etməliyik".
sia.az