“Davos İqtisadi Forumu dünəndən öz işinə başlayıb. Forumda 70-dən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir. Yüzdən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlayıb”. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov sosial şəbəkədəki hesabında yazıb.O qeyd edib ki, Azərbaycan Prezidenti 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb: “Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq”.
sia.az