PDF Oxu

Siyasət

  • 2 975

"Ermənistan xaricdən idarə olunan kilsə dövlətidir"

"Ermənistan xaricdən idarə olunan kilsə dövlətidir"

Arzu Nağıyev: "Gec-tez Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqdır"

2018-ci ilin yanvar ayından başlayaraq, Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətində aparılan danışıqlar davam etməkdədir. Polşanın Krakov şəhərində Azərbaycan Ermənistan xarici işlər nazirlərinin münaqişə ilə bağlı keçirdiyi danışıqlar, heç bir nəticə verməsə də, problemin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələr aparıldı. Politoloq Arzu Nağıyev "Səs" qəzetinə açıqlamasında danışıqların əsas müsbət məsələsinin ermənilərin danışıqlardan imtina etməməsi olduğunu bildirdi: "Məhz buna görə də, Azərbaycan tərəfi hər hansı bir müsbət halın olacağı barədə kiçik bir anonsla çıxış etsə də, məlum məsələdir ki, təmas xəttində əsas məsələ sülhü bərqərar etməkdir. ATƏT-in Minsk Qrupunun həmsədrləri də görüş keçirmək naminə bu görüşü təşkil etdilər. Burada da ABŞ və Fransanın öz şəxsi marağı var idi. Lakin S.Lavrovun verdiyi açıqlamada bəlli oldu ki, Rusiya guya burada hər hansı açar füqur deyil. Məlum məsələdir ki, burada əsas aparıcı dövlət, məhz Rusiyadır. Rusiya öz təsirlərindən imtina etmək fikrində olmamalıdır. Bir sözlə, Rusiya təsir mexanizmi ilə Ermənistana öz təsirini göstərməlidir ki, gələcəkdə ermənilər Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlardan imtina etməsinlər".
Politoloqun sözlərinə görə, bu il Ermənistanda seçkilər ili olduğundan və Dağlıq Qarabağ kartından istifadə olunduğuna görə, heç bir vaxt onlar Dağlıq Qarabağ münaqişəsində ermənilərə verdikləri müstəqillik sözündən imtina etməyəcəklər: "Buna görə də, çox güman ki, Dağlıq Qarabağ münaqişəsinin həllində onlar bu xətti saxlayacaq və hər hansı bir addım atmayacaqlar. Bu Sarkisyanın hətta fiziki məhvinə gətirib çıxara bilər. Aprel ayının 9-da baş nazir və eyni zamanda, prezident kürsülərinin dəyişməsi kimin səlahiyyəti olması məsələsi ortaya qoyulacaqdır, mart ayında da seçkilər keçirəcək. O cümlədən, Rusiyada da seçkilər ili olduğuna görə, çalışacaqlar ki, Ermənistana hər hansı bir təsir mexanizmdən istifadə etməsinlər. Əsas problemlər bundan ibarət olacaqdır".
Politoloq, onu da bildirdi ki, Ermənistan xaricdən idarə olunan kilsə dövlətidir: "Təbii ki, Ermənistan xaricdən idarə olunur və xaricdən idarə olunan qüvvələrə də daim inanırlar. Məlum məsələdir ki, Ermənistanın iqtisadiyyatı Rusiyadan və eyni zamanda, erməni lobbisi tərəfindən idarə olunur. Məhz bu günlərdə Avropa Parlamentində çıxışında da, Sarkisyan bu məsələləri gündəmə gətirməyə çalışdı və bu istiqamətdə də müəyyən siyasi gedişlər etdi. Ancaq bunlar çox ucuz gedişlərdir və heç zaman nəticəsi olmayacaq. Ümumiyyətlə, gec-tez Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqdır. Çünki işğal altında olan ərazilər Azərbaycan dövlətinin ayrılmaz hissəsidir".
GÜLYANƏ

Digər xəbərlər