"Hazırda dünyada dövlətlər arasında bir etibarsızlıq böhranı yaşanır ki, bu da daha çox böyük güclərin hərəkətlərindən qaynaqlanır". SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, "Gallup" beynəlxalq sorğu mərkəzinin134 ölkədə 134 min adamın arasında keçirdiyi sorğunun nəticələrinə görə indi Rusiyaya etibar edənlərin sayı 27%, ABŞ-a 30%, Çinə isə 31%-i keçmir: "Bu rəqəmlər, fikrimcə, təkcə sözü gedən 3 böyük dövlətə deyil, həm də qlobal mediaya olan olan etibarın da azaldığından xəbər verir.Əgər nəzrə alsaq ki, qlobal media daha çox ABŞ-ın təsiri altındadır və bu halda belə sözü gedən ölkəyə etibar edənlərin sayı 30%-i keçmirsə, demək həmən mediaya da daha əvvəlki kimi güvənilmir, maskalar yırtılıb".
sia.az