“Hər dəfə Azərbaycanda seçki ilində siyasi canlanma baş verir və bu da təbii bir haldır. İndi isə, seçki ilində virtual məkanda aktivlik daha qabarıq şəkildədir”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.“Nəzərə alsaq ki, Azərbaycan dövlətinin təxminən 80% internet istifadəçisidir və milyonlara insan həm də sosial şəbəkə, “facebook”, “twitter” və s istifadəçisidir. Bu səbəbdən də seçkidə maraqlı olan qüvvələr sosial şəbəkələrdə aktivlik aparırlar. Həmçinin Azərbaycanın əleyhinə olan qüvvələr bu gün virtual hücumlar təşkil edirlər. O ki qaldı bunların qarşısının alınması məsələsinə, yalnız aktivlik və sosial şəbəklərdə baş verən prosesləri izləmək, aparılan kampaniyanı ifşa etmək lazımdır. Onların yaydığı statuslara arqumentlə cavab vermək, yaydıqları təxribatları cəmiyyətə çatdırmaq, bir sözlə müşahidəçi kimi deyil, aktiv iştirakçi kimi qoşulmaq lazımdır. Bu gün dünyada artıq sosial şəbəkə günün tələbinə çevrilib. Bu tələbə uyğun addımlar atılmalıdır”, - deyə, BAXCP rəsmisi fikirlərini tamamlayıb.
sia.az