PDF Oxu

Siyasət

  • 4 397

“Separatizmə qarşı mübarizə aparmaq hər bir dövlətin haqqıdır" ŞƏRH

“Separatizmə qarşı mübarizə aparmaq hər bir dövlətin haqqıdır" ŞƏRH

“Zeytun budağı” əməliyyatı Türkiyənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə terrorizmə və separatizmə başqa bir dövlətin ərazisində keçirildiyi üçün bu əməliyyatın Dağlıq Qarabağ münaqişəsinə presedent olması məsələsini doğru hesab etmirəm”. Bunu SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

“Terrorizmə və separatizmə qarşı hərbi əməliyyatlar keçirmək ölkəmizin haqqıdır”
Dağlıq Qarabağ və digər işğal olunan ərazilərin Azərbaycanın tarixi torpaqlar olduğunu deyən siyasi-şərhçi söyləyib ki, burada mövcud olan terrorizmə və separatizmə, qeyri-qanuni hərbi birləşmələrə qarşı əməliyyatlar keçirmək ölkəmizin haqqı, hüququ və daxili məsələsidir.
“Zeytun budağı” əməliyyatı Türkiyənin daxili məsələsi deyil”
E.Mirzəbəyli bildirib ki, “Zeytun budağı” əməliyyatı Türkiyənin daxili məsələsi olmadığı üçün qardaş ölkə göründüyü kimi bu əməliyyatı keçirmək üçün digər dövlətlərlə razılaşma əldə etdi və bununla da Rusiya qüvvələri Afrindən geri çəkildi: “Məsələnin hüquqi tərəfləri bundan ibarətdir və bu konteksdən də məsələdə presedent axtarmağı düzgün hesab etmirəm”.
“Separatizmə qarşı mübarizə aparmaq hər bir dövlətin vəzifəsidir”
“Lakin terrorizmə, separatizmə qarşı mübarizə aparmaq hər bir dövlətin vəzifəsidir. Hətta ölkə sərhədlərindən kənarda da olsa, Azərbaycan öz ərazi bütövlüyünə, vətəndaşların təhlükəsizliyinə təhdid yaradan istənilən faktın aradan qaldırılması üçün müvafiq addımlar ata bilər. Bu, beynəlxalq təcrübədə də, indiki halda da “Zeytun budağı” əməliyyatı kontekstində özünü açıq şəkildə büruzə verir ”- deyə, o qeyd edib.
“Dağlıq Qarabağı “Zeytun budağı” əməliyyatı ilə əlaqələndirmək yanlışdır”
Siyasi-şərhçi əlavə edib ki, əgər biz sözügedən əməliyyatla Azərbaycanın keçirməsi ehtimal olunan hərbi əməliyyatları presedent kimi müqayisə etsək, o zaman ölkəmiz bu əməliyyatları Ermənistan ərazisində aparmalıdır: “Çünki işğalı, terroru, separatizmi dəstəkləyən, müdafiə edən Ermənistandır. Əgər söhbət Dağlıq Qarabağdan gedirsə, o zaman bunu “Zeytun budağı” əməliyyatı ilə əlaqələndirmək yanlışdır”.

sia.az

Digər xəbərlər