PDF Oxu

Siyasət

  • 4 087

Baş redaktor: "Biz hücüm edən tərəf olmalıyıq" AÇIQLAMA

Baş redaktor: "Biz hücüm edən tərəf olmalıyıq" AÇIQLAMA

“Azərbaycanın müstəqil siyasət yeritməsini istəməyənlər, təbii sərvətlərinə göz dikənlər ənənələrinə sadiq qalaraq seçki ilində fəallaşıblar. Açığı, bu gözlənilirdi, çünki uzun illərdir ki, ölkəmizdə keçirilən seçkilər ərəfəsində belə halların şahidi oluruq”. Bu fikirləri SİA-ya “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev ölkəmizdə keçiriləcək seçki prosesi ərəfəsində bəzi qüvvələrin virtual hücumlarına münasibətini bildirərkən deyib.O bildirib ki, 1993-cü ildən bu tərəfə həmin qüvvələr hər dəfə məğlub olmalarına baxmayaraq, heç zaman iddia və istəklərindən əl çəkməyiblər və bundan sonra da bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.Baş redaktorun sözlərinə görə, belə şəraitdə əsas vəzifəmiz həm bu hücumların qarşısını almaq, həm də yeri gəldikcə özümüz hücum edən tərəf olmalıyıq: “Əleyhdarlarımız bu il daha çox virtual aləmin, sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edəcək. Çünki, onlar yaxşı bilir ki, ölkəmizdə internet məkanı azaddır və heç kim sosial şəbəkələrdə aktivliyinə görə cəzalandırılmır.“Artıq onlar həm xaricdə "sığınacaq verdikləri" azərbaycanlıların bir qismini, həm də ölkəmizdə xarici vəsaitlərlə cəlb etdikləri şəxsləri sosial şəbəkələrdə aktivləşdiriblər. akin ən pisi odur ki, bu adamların məqsədi Azərbaycanda "demokratiya uğrunda mübarizə" aparmaq deyil. Sözügedən şəxslər xaricdə rahat yaşamaq üçün maddi səbəbdən öz ölkəsinin əleyhinə mübarizə aparırlar. Belələrinin ermənilərlə birgə bir sıra tədbirlərdə Azərbaycan əleyhinə şüarlar səsləndirdiklərinin dəfələrlə şahidi olmuşuq ”- deyə, N.Əliyev qeyd edibBaş redaktor vurğulayıb ki, burada əsas vəzifə onların iç üzünü açıb cəmiyyətə təqdim etməkdir: “Biz onların iç üzünü açaraq həmin şəxslərin xaricdə oturub, Azərbaycan əleyhinə təbliğat aparanların kimlərinsə alətə çevrildiyini cəmiyyətə göstərməliyik. Cəmiyyət bilməlidir ki, onlara nə zaman və hansı göstəriş verilsə, o istiqamətdə də fəaliyyət göstərirlər. Lakin bütün bu təzyiqlərə, virtual mübarizələrə baxmayaraq, nəticə yenə də onların istəklərinin əleyhinə olacaq. Çünki dövlət və cəmiyyətimiz daha ayıqdır və insanlar xaricilərin əli ilə törədilən "Ərəb baharı"nın fəsadlarını yaxşı görür”.

sia.az

Digər xəbərlər