PDF Oxu

Siyasət

  • 3 284

"Konfransda sanki sahibkarlara yeni bir yol xəritəsi təqdim edildi" AÇIQLAMA

"Konfransda sanki sahibkarlara yeni bir yol xəritəsi təqdim edildi" AÇIQLAMA

“Prezident İlham Əliyevin sədriliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans diqqətəlayiq və olduqca əhəmiyyətlidir. Konfransda ölkə başçısı son 14 ildə ölkəmizin sosial-iqtisadi mənzərəsini çox ətraflı təhlil etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, Azərbaycan son 14 ildə bəzi ölkələrin 100 illərlə keçə bilmədiyi böyük inkişaf yolu keçib: “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində ölkə iqtisadiyyatına 231 milyard dollar investisya qoyulub. Bu isə ölkədə müasir infrastrukturun yaranmasına, sosial sahələrin sürətli inkişafına və sahibkarlığın güclənməsinə təkan verir. Ölkə iqtisadiyyatının neftdən asıllılığının aradan qaldırılması və sahibkarlıq mühitinin inkişafına dövlət böyük dəstək verir. Sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlər verilmişdir ki, bu da sahibkarlıq mühitinin sürətli inkişaf etdirməklə ölkəmizdə beynəlxalq standartlara cavab verən ixrac yönümlü məhsulların istehsalını artırıb. Azərbaycan artıq bir çox mallar üzrə idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib ki, bu da ölkəmizdən valyuta çıxmasının qarşısı almaqla ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edir. Xırda sahibkarlığın və ailə biznesinin inkişafı istiqamətində yeni layihlərin icrasına start verilib. Cari ilin dövlət büdcəsində özünü məşğulluq proqramının inkişaf etdirilməsi üçün 30 milyon manat nəzərdə tutulub, bu da yeni ailə bizneslərin yaranmasına və işsizliyin azalmasına öz töhfəsini verəcəkdir.Konfransda ölkə başçısı sahibkarlara yeni istehsal sahələrin inkişaf etdirilməsi istiqamətində, ölkə tələbatını ödəmək üçün idxal olunan ayrı-ayrı mallar haqqında statistik məlumatları sahibkarların diqqətinə çatdırıb və yeni istehsal sahələrin yaradılması üçün mövcud potensialı açıqlamaqla sahibkarlara yeni bir yol xəritəsini təqdim edib. Düşünürəm ki, ölkə başçısının tapşırığı ilə dövlətin yaratdığı imkanlar ölkəmizdə özəl sektorun inkişafını sürətləndirəcək və iqtisadiyyatımız idxaldan asıllığı aradan qalxacaq və Azərbaycan dünya bazarlarında özünə məxsus mövqeyə malik inkişaf etmiş ölkəyə çevriləcəkdir”.

sia.az

Digər xəbərlər