"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr edilən konfrans olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev çıxış nitqində görülən işlərə yekun vurdu, həm də perspektivləri müəyyənləşdirdi. Bu sözləri SİA-ya açıqlamsında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, ötən illər Azərbaycanın regionlarının inkişafı ilə səciyyələnir, müasir sosial, mədəniyyət, təhsil obyektləri, yollar tikilib, qaz, su, elektrik təminatı uğurla həyata keçirilib: "Sahibkarlığın inkişafı üçün bərabər imkanlar yaradılması istiqamətində ciddi işlər görülüb. Azərbaycanın ixrac potensialı artıb. Bir sözlə bu konfrans göstərdi ki, ölkənin inkişafı ilə bağlı bütün proqramlar mövcuddur və xalqımızın yaxşı gələcəyi vardır."
sia.az