"Məzarlıqlarla bağlı sənəd konseptual olaraq hazırlanıb". SİA-nın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-İcra katibi Əli Əhmədov deyib.O bildirib ki, sənədin son variantının hansı formatda ortaya çıxması ilə əlaqədar müxtəlif yanaşmalar olub: "Demək olar bütün fərqli baxışlar uyğunlaşdırılıb. Güman edirəm ki, yaxın zamanlarda sənəd imzalanacaq".
sia.az