"Ötən il “Məhkəmə Hüquq Şurası haqqında” qanuna dəyişiklik etdik. Dəyişikliyə əsasən, tək hakim olan rayonlarda hakim məzuniyyətə gedirsə, Məhkəmə Hüquq Şurası həmin rayona hakimləri ezam edə bilir. Yəni belə bir səlahiyyəti var. Əlbəttə ki, hakimlərin sayı ilə bağlı problem hələ də qalmaqdadır. Bu istiqamətdə işlər gedir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Ziyafət Əsgərov deyib.O bildirib ki, Azərbaycan vəkillik insititutu ilə bağlı Avropa göstəricilərindən geridir.Vəkillər Kollegiyasına qəbulda keçid balının aşağı salınması ilə bağlı səslənən təklifə etiraz edən vitse-spiker söyləyib ki, Azərbaycanda hüquqşünasların Vəkillər Kollegiyasına qəbulda nəzərdə tutulan balı 60-dan 50-yə endirsək, əminəm ki, deyəcəklər bunu daha da endirin, 40 bal olsun: "Lakin Konstitusiyada yazılıb ki, əhaliyə keyfiyyətli hüquqi yardım göstərək. Keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşünas 60 balı toplaya bilmirsə, bağışlayın, bu, qeyri-ciddi məsələdir. Axı o balı toplamaq çətin deyil. Bütün buna baxmayaraq, bu sahədə işlər gedir, dövlətin nəzarətindədir. Yaxın vaxtlarda bu sahədə ciddi irəliləyişlər olacaq”.Qeyd edək ki, Milli Məclisin plenar iclasında çıxış edən Qüdrət Həsənquliyev Vəkillər Kollegiyasında keçid balının aşağı salınması və rayonlarda ən azı 3 hakim və 4-5 vəkilin fəaliyyət göstərməsini təklif edib.
sia.az