PDF Oxu

Siyasət

  • 3 249

"Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılsın" TƏKLİF

"Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılsın" TƏKLİF

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılmasını təklif edib. SİA-nın xəbərinə görə, Şura sədri çıxışında bildirib ki, Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir: "Bu gün reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla qazanc yollarını sadələşdirir, bu addımları müqabilində kimlərdənsə dəstək alırlar. Onların məqsədi məmurlara, iş adamlarına böhtan atmaq və bunun müqabilində də pul qazanmaqdan ibarətdir. Lakin Mətbuat Şurasının hüquqi statusuna yenidən baxmaqla medianı daha yaxşı balanslaşdırmaq mümkün olar. Bununla medianına adından sui-istifadə halları azalar. Medianın özü də bunda maraqlıdır. Bu baxımdan hesab edirəm ki, bu kimi problemlərin həlli Mətbuat Şurasının fəaliyyətinin təkmilləşdirməsindən keçir".Ə.Amaşov eyni zamanda Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlanmasını da təklif edib."Azərnəşr"in binası Mədəniyyət və Turizm Nazirliyinin reystrində mədəniyyət abidəsi kimi qeydiyyatdadır. 1995-ci ildə bu bina “Bank Standart”ın baş ofisi kimi fəaliyyət göstərir. Təklif edərdim ki, bu bina keçmiş sahiblərinə qaytarılsın. Orada mətbuat muzeyi yaradılsın".

sia.az

Digər xəbərlər