PDF Oxu

Siyasət

  • 3 693

YAP Qaradağ rayon təşkilatında Gənclər günü qeyd edildi

YAP Qaradağ rayon təşkilatında Gənclər günü qeyd edildi

2 Fevral ümumrespublika Gənclər günüdür. SİA-nın verdiyi məlumata görə, əlamətdar gün münasibətilə bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının gənclər birliyi və rayon gənclər və idman idarəsi ilə birlikdə tədbir kecirib.Tədbirdə qonaq qismində YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydin Hüseynov, Bakı şəhəri Gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, Qaradağ Rayon icra hakimiyyəti başcısının müavini Emil Abbasov iştirak ediblər.Aclış nitqi ilə Rayon gəclər və idman idarəsnin rəisi Elçin Abbasov çıxış edərək Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışıb: “İndi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər”.Millət vəkili Aydin Hüseynov çıxış edərək bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub: “Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi”.Bakı şəhəri Gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov çıxış edərək bildirib ki, 2 Fevral Azərbaycan gənclərinin hesabat günüdür: “Biz artıq 21 ildir Azərbaycanda Gənclər gününü qeyd edirik. Bu bayram Ümummilli Lider Heydər Əliyev tərəfindən xalqımıza ərmağan olunub. Bu gün Azərbaycan gəncləri bütün sahələrdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanın vətənpərvər, dövlətinə sədaqətli, savadlı gəncliyi var. Ölkəmizdə bu sahənin inkişafı üçün uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Gənclər və İdman Nazirliyi, onun aidiyyatı qurumları, tələbə gənclər hərəkatları, Gənclər Təşkilatları Milli Şurası, qeyri-hökumət təşkilatları və digər qurumlar cənab Prezidentin apardığı uğurlu dövlət siyasətinin bu sahəsi üzrə tapşırıqları uğurla yerinə yetirirlər. Azərbaycan gəncləri Vətənin daha da inkişafı uğrunda əlindən gələni edir və işğalda olan torpaqlarımızın azad olunması üçün hər an hazırdırlar. 2016-cı ildəki Aprel döyüşləri bunu bir daha sübut etdi. Azərbaycan gəncliyi cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyir və hər zaman Onun yanındadır. Gənclərimiz ölkəmizdə və xaricdə keçirilən bütün beynəlxalq tədbirlərdə yüksək səviyyədə iştirak edirlər”.

Rayon icra hakimiyyəti başcısının müavini Emil Abbasov çıxışında qeyd edib ki, Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır: “Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir”.YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin sədri Ramiz Yusubov çıxış edərək bildirib ki, dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib: “Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Gənclərin məşğulluğunun təmin olunması üçün də mühüm addımlar atılır. Bu diqqət gənclərin fəallığını daha da artırır, onları səfərbər edir. İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib”.Rayon təşkilatının gənclər birliyinin üzvləri Könül Əhmədova və Namiq Vəliyev çıxış edərək Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanmasından danışıblar. Bildiriblər ki, bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib.Tədbirin sonunda bir qrup fəal gənc fəxri fərmanla təltif edilib.

sia.az

Digər xəbərlər