PDF Oxu

Siyasət

  • 3 608

Regionların inkişafı bütövlükdə Azərbaycanın tərəqqisi deməkdir AÇIQLAMA

Regionların inkişafı bütövlükdə Azərbaycanın tərəqqisi deməkdir AÇIQLAMA

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən başlayaraq reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının nəticəsi olaraq paytaxt Bakı ilə rayonlar arasında fərq nisbəti demək olar ki aradan qalxmışdır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, regionların inkişafı bütövlükdə Azərbaycanın tərəqqisi deməkdir: “Bu günə qədər regionların inkişafı ilə əlaqədar 3 böyük dövlət proqramı həyata keçirilib. Məhz, ötən 14 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçdi. Bunu sübut edən faktlar isə göz önündədir. Məsələn, 14 il ərzində 30 elektrik stansiyası tikilib, qazlaşdırma 93 faizə çatıb, fasiləsiz içməli su ilə təminat 67 faizə çatıb, 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları tikilib, 100 minlərlə hektar suvarılmayan torpaqlara həyat gətirilib, su gətirilib, 12 min 300 kilometr yol çəkilib. Bütün bunlarla yanaşı, on dörd il ərzində iqtisadiyyat 3,2, qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7, qeyri-neft ixracımızda isə 4,1 dəfə artım olub. Eyni zamanda, 14 il ərzində valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara bərabər olub. On dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub, 1,9 milyon iş yeri yaradılıb, işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsinə enib. Bir sözlə, bu gün Azərbaycanın sabitliyi və dimanik inkişafı qorunub saxlanılır”.“2018-ci il də Azərbaycan üçün əlamətdar il və ölkəmizin inkişafı davamlı, uğurlarla zəngin olacaq” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil olacaq, nailiyyətlərilə fərqlənən zəngin ölkəyə çevriləcək.

sia.az

Digər xəbərlər