PDF Oxu

Siyasət

  • 14 067

"Azərbaycan gəncliyi yeni-yeni uğurlara imza atır" RƏYLƏR

"Azərbaycan gəncliyi yeni-yeni uğurlara imza atır" RƏYLƏR

2 Fevral Gənclər Günüdür. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin arzuladığı sağlam, vətənpərvər, intellektli gənclik formalaşıb. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Bu gün Azərbaycan dövləti gənclərə daha böyük diqqət və qayğı göstərir. Gənclər Gününün ölkəmizdə bayram kimi qeyd olunması da bu diqqət və qayğının təzahürüdür.SİA bununla bağlı gənclərin fikirlərini alıb:

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva:

“Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə edilir.Hər il Gənclər Günü Azərbaycan gəncliyi tərəfindən böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edilir. Ulu Öndər Heydər Əliyev 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Sevindirici haldır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu Azərbaycan gəncliyinin inkişafında müstəsna əhəmiyyət kəsb edib. Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə baxmasına imkan verir.Gənclərin mənzil probleminə diqqətin artırılması, ipoteka şərtlərinin sadələşdirilməsi, gənclər üçün əmək birjalarının təşkil olunması, işsizliyin aradan qaldırılması üçün müxtəlif layihələrin reallaşdırılması, gənclərin sağlam həyat tərzi ilə bağlı sosial proqramların həyata keçirilməsi, idman hərəkatının genişləndirilməsi, yeni nəslin dünyagörüşü, mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi dövlətin bu sahədə siyasətinin başlıca prioritetlərini təşkil edir.Dövlətimizin başçısı tərəfindən həyata keçirilən gənclər siyasətinin məqsədi gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdir. Yeni mərhələdə dövlətimizin başçısınin siyasəti ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində iştirak edir.Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmağım isə mənim üçün sürpriz oldu. Gözləmirdim, çünki mən Yeni Azərbaycan Partiyasının əsgəriyəm və partiya sıralarında fəaliyyətimlə öz vəzifəmi, borcumu yerinə yetirirəm. YAP hər zaman gənclərin fəaliyyətinə dəyər verib, diqqətlə yanaşıb”.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva:

“Dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilərək cəmiyyətin bütün sferalarında iştirakından çox asılıdır. Məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.Ölkəmizdə gənclər siyasəti bu gün müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində fəallığı ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Ölkədə xüsusi qayğıya ehtiyacı olan, istedadlı gənclər və gənc ailələr üçün sosial layihələr həyata keçirilir. Təhsil və idman sahələrində görülən işlər hər bir gəncin öz bacarığına, istedadına uyğun peşəkar fəaliyyətlə məşğul olmasına şərait yaradıb.Azərbaycan dövlətinin gənclər siyasəti təkcə respublikada yaşayan gənc nəslin nümayəndələri ilə məhdudlaşmır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan soydaşlarımızı, o cümlədən gənclərimizi də diqqət mərkəzində saxlayır, onların hüquqlarını müdafiə edir, mədəniyyətimizin və ölkəmizlə bağlı həqiqətlərin tanıdılması istiqamətində gördüyü işlərə yaxından dəstək verir.Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq Sərəncamın imzalanması bu baxımdan xüsusi qeyd edilməlidir. Sərəncam ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, Yeni Azərbaycan Partiyasının prinsipləri əsasında fəaliyyətini davam etdirən partiya üzvlərinin əməyinin qiymətləndirilməsi mənasında böyük əhəmiyyətə malikdir.Həmin sərəncam əsasında mən də “Tərəqqi” medalı ilə təltif olunanlar sırasındayam. Bu, partiyamızın və onun Sədri cənab İlham Əliyevin həm də gənclərə yüksək diqqət və qayğısının nümunəsidir. Azərbaycan gəncliyinin nümayəndəsi və Yeni Azərbaycan Partiyasının üzvü olaraq bu etimada, diqqət, qayğı və dəyərə görə qürur və iftixar hissi keçirir, Partiyamızın Sədri cənab İlham Əliyevə sonsuz minnətdarlığımı və dərin təşəkkürümü bildirirəm. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edən Yeni Azərbaycan Partiyasına mənsub olan bir şəxs – partiya üzvü kimi bundan sonra da fəaliyyətimi yorulmadan davam etdirəcəyimi, bu etimada, diqqətə layiq olacağımı qeyd etmək istəyirəm. Azərbaycan gəncliyinə göstərdiyiniz bu yüksək diqqətə, partiyamızın üzvlərinin əməyini layiqincə qiymətləndirdiyinizə görə Sizə təşəkkür edirəm, cənab Prezident!”.
YAP Gənclər Birliyinin ofisinin rəhbəri, təşkilatın sədr müavini Əli Pənahov:
“Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanın bütün sahələrində olduğu kimi gənclər sahəsi də uğurla inkişaf edir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Ulu Öndərin bu siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənclərin yanında olub və bütün layihələrə dəstək verib. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirib.Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətə alınır. Bu yöndə aparılan konkret fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə aktiv iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına inamla baxmağa əsas verir. Bütün bu təşəbbüslər və təşkilatlanmalar, təbii ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə yaratdığı demokratik mühitin konkret nəticələridir. İndi əsas amalımız bu günə kimi formalaşmış gənclər ordusunu heç bir itki vermədən gələcəyə doğru aparmaqdır. Şübhəsiz ki, bu, belə də olacaq. Çünki Azərbaycan gəncliyinin İlham Əliyev kimi Prezidenti və səmimi dostu var”.
YAP Gənclər Birliyi ofisinin koordinatoru Aliyə Ağrılı:
“Müəyyən tarixi günlər var ki, onlar gənclərin həyatında əlamətdar rol oynayır. Həmçinin onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına ciddi təkan verir. Belə səpkili günlərdən biri də 2 fevral Ümumrespublika Gənclər günüdür. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir.Azərbaycan gəncliyi ölkə Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində yeni-yeni uğurlara imza atır. Prezident İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görür.Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi cənab Prezident İlham Əliyevin fəaliyyətinin əsasını təşkil edir. Bir neçə gün öncə gənclərin bir qrupunu qəbul edən ölkə başçısı Azərbaycanın gələcək inkişafını onların təmin edəcəyini söyləyərək tövsiyələrini vermiş, gəncləri ölkəninin ictima-siyasi həyatında daha da aktiv olmağa çağırmışdır. Biz gənclər də bunun məsuliyyətini dərk edərək Azərbaycan naminə Cənab Prezidentin apardığı siyasi xəttə sadiq olaraq ölkəmizin qüdrətlənməsi və çiçəklənməsi yolunda var qüvvəmizlə çalışmalıyıq”.

sia.az

Digər xəbərlər