PDF Oxu

Siyasət

  • 2 537

Deputatlarımız Avropa Parlamentində görüşlər keçirəcəklər

Deputatlarımız Avropa Parlamentində görüşlər keçirəcəklər

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları Azər Kərimli, Elman Nəsirov, habelə Komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə bu gün Fransanın Strasburq şəhərinə səfər edəcəklər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər.Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.Səfər fevralın 9-da başa çatacaq.Xatırladaq ki, komitənin Azərbaycan tərəfdən həmsədri Cavanşir Feyziyev bu ölkədə səfərdədir.

sia.az

Digər xəbərlər