“Dağlıq Qarabağla bağlı danışılqar prosesi dalana dirənib. Bunu Prezident İlham Əliyev müşavirədə çıxışında da söylədi. Düzdür, xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərdən kreativ təkliflərin olduğunu söyləsə də, bunun nədən ibarət olduğu hələ də açıqlanmır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynzadə deyib.Ermənistan cəmiyyətinin siyasi dəyişikliklərə kökləndiyini deyən politoloq söyləyib ki, hazırda Sarkisyanı danışıqlar prosesi maraqlandırmır.Politoloq söyləyib ki, belə bir çətin şəraitdə həmsədrlər yalnız bir təklif irəli sürürlər ki, bu da təmas xəttində müşahidəçilərin sayının artırılmasıdır: “Müşahidəçilərin sayının artırılması, Azərbaycanın maraqlarına ziddir. Çünki, bu, status-kvonun qorunub saxlanmasına, Ermənistanın danışıqlara olan marağının daha da azalmasına xidmət edir. Bu nöqteyi-nəzərdən Azərbaycan müşahidəçilərin sayının artırılmasına razı olsa belə, bütövlükdə bu prosesinn bu gedişi ölkəmizi təmin etmir”.Q. Hüseynli vurğulayıb ki, Azərbaycan danışıqlar prosesinin intensiv şəkildə yenidən başlanmasında maraqlıdır: “Hazırki vəziyyətdə Ermənistan kompramisə getməlidir. Əgər bu yoxdursa, danışıqlarda yenilikdən danışmaq qeyri-mümkündür”.“Hazırda problemin həllində mərhələləli həll variantı gündəmdədir. Biz də hər zaman bunun tərəfində olmuşuq. Ermənilər də guya bunun tərəfində olduğunu nümayiş etdirirlər. Amma əslində Ermənistan münaqişənin həllində paket variantına daha çox meyllidirlər. Düşmən ölkə Dağlıq Qarabağın statusu məsələsini onların dedikləri kimi həllinə çalışır. Lakin bu, Azərbaycanın xeyrinə deyil və ölkəmiz buna gedə bilməz. Bu baxımdan hazırda mərhələli həll variantı gündəmdədir və buna alternativ nəsə söyləməyin yeri deyil. Ümumilikdə isə indiki şəraitdə danışıqlardan müsbət nəsə gözləmək mümkün deyil”- deyə, politoloq qeyd edib.
sia.az