“Prezident seçkisinin vaxtının dəyişməsində pis niyyət axtarmağa ehtiyac yoxdur”. SİA-nın verdiyi məlumata görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.Onun sözlərinə görə, 2018-ci il ağır ildir: "Bunu Azərbaycana aid etmək olmaz. Yəni qlobal səviyyədə ağır ildir. Lakin İlham Əliyevin yenidən prezident seçiləcəyinə heç kimdə şübhə yoxdur”.O vurğulayıb ki, təbliğat-təşviqat kampaniyası Aşura günləri ilə üst-üstə düşəcək. Politoloqun fikrincə, bəzi xarici qüvvələr bundan istifadə edə bilər. Ona görə də növbədənkənar seçkinin keçirilməsi barədə qərar düzgün qərardır.M.Əhmədoğlu əlavə edib ki, Rusiyanın İlham Əliyev hakimiyyətinə yanaşması bəllidir. Politoloq əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycandakı prezident seçkilərinə münasibəti isə məlumdur.Politoloq vurğulayıb ki, Rusiya yaxşı başa düşür ki, İlham Əliyevdən başqa Azərbaycan kimi qəliz regionda yerləşən dövlətdə sabitliyi qoruyacaq ikinci şəxs yoxdur.Politoloqun sözlərinə görə, Azərbaycan Respublikasının Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədovun seçki açıqlamasından sonra Rusiya XİN rəhbərinin azərbaycanlı həmkarına zəng oldu: “Hesab edirəm ki, bu, regionda baş verən proseslərlə bağlı idi”.
sia.az