"Bildiyiniz kimi ümumxalq referendumu yolu ilə əsas qanunumuza edilmiş əlavə və düzəlişlərdə prezident səlahiyyətlərinin müddəti 5 ildən 7 ilə artırılıb və yeni seçkilərə bir neçə ay qalırdı. Bu baxımdan ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarın qəbul edilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarımıza tamamilə uyğundur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar verilərkən ilk növbədə ana qanunumuzun tələblərinin əsas götürüldüyünü deyən deputat prezident seçkilərinin xalqımızın özünə layiq şəkildə keçiriləcəyinə inandığını dilə gətirib."Bu il ölkəmizdə bir çox tarixi əhəmiyyətli, beynəlxalq səviyyəli toplantılar keçiriləcək. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, ordumuzun qurulmasının 100 illiyi və s. Bütün bunları, o cümlədən, prezident seçkilərini xalqımızın özünə layiq şəkildə keçirəcəyinə inanıram. Hesab edirəm ki, xalqımız tam demokratik, azad, şəffaf, ədalətli və bərabər seçkilərdə Prezident İlham Əliyevə yenidən etimad göstərəcək"-deyə, M.Qasımlı qeyd edib.Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.
sia.az