“Ümumiyyətlə erməni terroru hər zaman olub və bu gün də mövcuddur. Bu hər dəfə müxtəlif formalarda özünü göstərir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.Onun sözlərinə görə, Sumqayıt hadisələrində də Azərbaycan vətəndaşları böyük siyasətin qurbanı olub: “Təbii ki, bunun da icraçısı erməni Qriqoryan olub. Bu şəxs SSRİ xüsusi xidmət orqanlarının tapşırığı ilə əməliyyat keçirən bir cani, cinayətkar olub. Bu gün də ermənilər onu özlərinə sərf edən istiqamətdə dünya ictimaiyyətinə çatdırırlar. Onlar Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər. Sumqayıt hadisələri haqda dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, anti-Azərbaycan əhval ruhiyyəsi yaratmağa çalışırlar. Amma əsl həqiqətdə həmin cinayətkarın kim olduğunu dünya ictimaiyyətinə çatdırmaqdan ötrü gündəlik fəaliyyət göstərmək lazımdır. Hesab edirəm ki, müxtəlif qəzet, jurnal və s. bütün imkanlardan istifadə etmək lazımdır ki, bunu dünya ictimaiyyəti bilsin. Terrorçuları adı ilə çəkmək lazımdır və göstərmək lazımdır ki, onlar kimlərdir. Onlara da rəhbərlik edən həmin Qriqoryan hansı ki, Sumqayıtda yaşayan insanların başına terror hadisələri törədib və onları qətlə yetirib. Eyni zamanda bu Sumqayıtda yaşayan ermənilərin başlarına gətirilib”.Qeyd edək ki, bu gün Sumqayıt hadisələrinin 30 ili tamam olur. Hadisələr erməni millətçiləri tərəfindən təşkil edilib. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
sia.az